Prezident xalq artistinə ev verdi

Prezident xalq artistinə ev verdi
2414 dəfə oxunub
  • A-
  • A
  • A+
Prezident İlham Əliyev Azərbaycanın xalq artisti, tanınmış tarzən Firuz Əliyevə mənzil hədiyyə edib.
 
Axşam.az-ın məlumatına görə, bu barədə publika.az-a xalq artistinin yaxınları məlumat veriblər.
 
Sənətkar xəbəri sayta təsdiqləyib və bunları deyib:
 
"Nə deyəcəyimi bilmirəm. Belə məsələlər sənətkarlar üçün böyük stimuldur. Çünki yaradıcı insanlar çox həssas olurlar. Adi xoş söz belə bizi yaradıcılığa ilhamlandırır. Prezidentə diqqət və qayğısına görə özümün və ailəmin adından minnətdarlığımızı bildirirəm".