"Dedim ki, halal olsun sənə, 24 ildir evlisən"

"Dedim ki, halal olsun sənə, 24 ildir evlisən"
2942 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Faytonçu Nazim “Bizim gün” verilişində ailəsindən danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı həyat yoldaşı ilə sevərək evləndiyini bildirib:

“Ötən il boşanmalarla bağlı bir yazı oxudum. Statistika göstərirdi ki, 2013-cü ildə 70 mindən çox insan boşanıb. Şoka düşdüm. Elə düşünürdüm ki, insanlar sevib ailə qururlar. Bütün ayrılan cütlüklər isə cəmi iki il evli qalıblar. Sevgidə cılızlaşma çoxalıb. Bu xəbəri oxuyanda dedim ki, halal olsun sənə, Nazim, 24 ildir evlisən. Həyat yoldaşımı da, ailəmi də sevirəm. “Məhəbbət yoxdur” deyənlərə bildirirəm ki, sevgi var”.