"...Çox pul lazımdır" - fotosessiya

"...Çox pul lazımdır" -  fotosessiya
3081 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Fatimə Fətəliyeva planlarını təxirə salıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bir müddət əvvəl məşhurlarla olan layihəsinin ikinci hissəsini reallaşdıracağını bildirmişdi.

Əməkdaşımızla söhbətində Fatimə bunun üçün maddi imkanının çatmadığını bildirib:

“Müğənnilərlə çəkdirdiyim klipi efirlərə vermədim. Təqdimatdan sonra heç yerdə yayımlanmadı. Çünki hər yer pul tələb edir. Hətta söz vermişdim ki, ikinci klipi də çəkdirəcəm. Amma gördüm ki, çox  pul lazımdır. Mənim buna gücüm çatmır. Tək çalışıram, hər şeyi öz gücümə edirəm. Çatdırmıram. Eyni zamanda əlavə biznesim var, xına təşkilatçılığı ilə məşğulam. Vaxtım qalmır. Yayla bağlı rəqs məktəbimi də bağlamışdım. Sentyabrın 1-dən yenidən fəaliyyətə başlayır. Tələbələrimi konsertə hazırlayacam. Bu il bir çox festivallara qatılmağı düşünürəm. İnanıram ki, qatılacağımız tədbirlərdən mükafatlarla qayıdacağıq”.

Foto: Rəşad ABBASOV