Tələbələr üçün düzgün qidalanma

Tələbələr üçün düzgün qidalanma
1944 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənclərin 90%-i ayaqüstü qəlyanaltıya üstünlük verirlər.

Beləcə, günlərlə ev yeməyinə həsrət olan mədənin və beyinin fəaliyyəti zamanla zəifləyir. Nəticədə, qarın, budlar və sifət günü-gündən kökəlib, insanı yaraşıqdan çıxarır.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu vəziyyət son illər bütün dünyada əməlli-başlı problemə çevrilib deyə, dünya dietoloqları müasir dövrə uyğun, xüsusi pəhriz tərtib ediblər. Bu pəhriz orqanizmin kalsiuma və maqneziuma olan ehtiyaclarını ödəyir. Eyni zamanda B qrup vitaminləri ilə zəngin olan pəhriz zehni gücləndirib, orqanizmin ümumi müqavimətini və yaddaşı möhkəmləndirməklə yanaşı, gəncdə aqressiyanı azaldıb, stresdən xilas edəcək.

Gün ərzində tələbənin orqanizmi 1600 kkal. tələb edir. Bu pəhrizlə lazımı vitamini əldə edən orqanizm eyni zamanda günə 1 kq. da arıqlaya biləcək. Pəhrizin müddəti 14 gün olmasına baxmayaraq, onu 1-2 aydan sonra yenə də təkrarlamaq olar.

I gün

I səhər yeməyi:
- Yağsız südlə kofe
- Bir qutu yoqurt (içinə üzüm və fındıq əlavə et)

II səhər yeməyi:
- 1 stəkan qazsız mineral su
- Avokado (100 qr)


Nahar:
- Alma şirəsi
- Suda bişmiş brokkoli və göyərti
- 1 dilim toyuğun döş əti
- Kərə yağı sürtülmüş 2 dilim suxarı

Günarası:
- Limonlu çay qənd ilə
- 150 qr. yağsız kəsmik

Şam:
- 250 qr. suda bişmiş kartof
- Meyvə çayı (şəkərsiz)

II gün
I səhər yeməyi:
- Şəkərsiz yaşıl çay
- Qatıq (İçinə 2 xörək qaşığı yulaf, 1 çay qaşığı bal, 100 qr. doğranmış alma, doğranmış fındıq və badam).

II səhər yeməyi:
- Qarağat şirəsi

Nahar:
- Pomidor, kahı
- Kərə yağı sürtülmüş 2 dilim suxarı
- 1 stəkan qazsız mineral su
- 1 stəkan alma şirəsi

Günarası:
- 1 stəkan qazsız su
- Ərik qurusu

Şam:
- Şəkərsiz çay
- Tərəvəzlər suda bişmiş toyuq filesi ilə
- Suda bişmiş qəhvəyi düyü