Bred Pitt və Ancelina Coli evləndilər

Bred Pitt və Ancelina Coli evləndilər
2641 dəfə oxunub
  • A-
  • A
  • A+
9 ildir birlikdə olan Hollivud ulduzları – Bred Pitt və Ancelina Coli ailə qurublar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün Fransada baş tutan toyda cütlüyün yaxın dostları və ailə üzvləri iştirak ediblər. Bred və Ancelinanın uşaqları da nikah mərasimində olublar.

Qeyd edək ki, cütlüyün 3-ü övladlığa götürülməklə Maddox, Paks, Zahara, Şiloh və Knoks adlı 6 uşağı var.