Cennifer Lopezin cazibədar ağ-qara libası

Cennifer Lopezin cazibədar ağ-qara libası
3323 dəfə oxunub
  • A-
  • A
  • A+

“American İdol” teleşousunun münsifi Cennifer Lopez keçmiş iştirakçıları növbəti dəfə dinləmək üçün “Ernest N. Morial Convention Center”-ə gedib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Valentino” brendinə məxsus geyimlə olduqca sadə və seksual görünüb. Ağ-qara rənglərin vəhdətindən yaramış libasını Cennifer sadə saç düzümü ilə tamamlayıb.

Müğənni saçını ortadan ayıraraq sıx şəkildə yığıb, makiyajda isə qara köləgələrdən istifadə edərək görünüşünə şarm qatıb. Ulduzun aksessuarları da diqqət çəkib.