“Sən yalnız gözləyirsən...” - Zaur

“Sən yalnız gözləyirsən...” -  Zaur
4037 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir ki, xaricdə istirahət edən ATV-nin aparıcısı Zaur Baxşəliyev Bakı üçün darıxıb.

Axşam.az-ın məlumatına görə, aparıcı təəssüratlarını İnstaqram səhifəsində paylaşıb:

“Xarici ölkəyə getmək bir evə qonaq olmaq kimidir. Sən yalnız gözləyirsən, gətirənin əlinə baxırsan. Hər şey sənə maraqlı gəlir, amma toxunmaqdan qorxursan, yuxun gəlir, yata bilmirsən, acırsan, yemək istəməyə utanırsan, hətta ayaqyoluna getməyə çəkinirsən... Hər an evinə qayıtmaq və bütün bu ehtiyaclarını yerinə yetirməyi düşünürsən. Sonda çarpayına uzanıb, içindən “oh, şükür sənə, ya Rəbbim” demək gəlir. Bunu qəlbən edirsən, çünki evin sənindir. Sən yalnız öz evində diktə edə bilirsən, öz evinin ağasısan. Başqa sarayın ağası olmaqdansa, öz evinin qulluqçusu olmaq daha gözəldir.Vətən ana kimidir. Hər kəsin anası özünə gözəldir”.