"Gül kimi qızın 5 ilini məhv elədin"

"Gül kimi qızın 5 ilini məhv elədin"
9454 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən türkiyəli aktyor Engin Altan Düzyatan və “Yeşilçam”ın tanınmış siması, aktrisa Hülya Koçiyitin nəvəsi Neslişah Alkoçların toyu baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nikah mərasimi keçirilən zaman sosial şəbəkədə izləyicilər aktyorun 5 il nişanlı olduğu keçmiş sevgilisi, aktrisa Özgə Özpirinççini dəstəkləyən mesajlar yazıblar.

Toy günü 28 yaşlı aktrisa sevənləri tərəfindən yalnız buraxılmayıb. “Gül kimi qızın 5 ilini məhv elədin”, “Gedək, nikahı pozaq”, “Özgə, biz sənin yanındayıq” kimi şərhlər yazan qızlar qadın həmrəyliyi nümayiş etdiriblər.