Günay: "Ya mən bir nömrə olmalıyam, ya da oxumuram" - video

Günay: "Ya mən bir nömrə olmalıyam, ya da oxumuram" -  video
4470 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin verilişi olan "Onlar"da yenə maraqlı açıqlamalar veriblər.

Axşam.azın məlumatına görə, uzun tətildən sonra efirə qayıdan “Onlar” yeni mövsümün ilk buraxılışında da reytinqləri alt-üst edəcək.

Avqustun 31-də saat 14:00-də ATV telekanalında yayımlanacaq verilişin növbəti buraxılışında xalq artisti Aygün Kazımovanın Nabran konsertindən özəl görüntülər izləyəcəksiniz.

Müğənni Röya Ayxan gün ərzində min izləyicini qara siyahıya salma səbəblərindən danışacaq.

Müğənni Günay İbrahimlinin iddialı və qalmaqallı açıqlamalarını həftənin bazar günü izləyəcəksiniz.
Əməkdar artist Tünzalə Ağayeva göz yaşlarını gizlədə bilmədi.

Müğənni Zamiq Hüseynovu kimin ağlaması şoka salıb?

Həmçinin, müğənni Elxan Şirinovun və Sevda Yahyayevanın yeniliklərini “Onlar”da izləyəcəksiniz.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.