Oğlunun müğənni olmasını istəmir

Oğlunun müğənni olmasını istəmir
1064 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Tacir Şahmalıoğlu oğlunun oxumasına etiraz edib.

Axşam.az-ın məlumatına görə, o bu haqda “5/5” verilişinə qonaq olarkən danışıb. Sənətçi aparıcının “Oğlunuzun oxumağını niyə qadağan etmisiniz” sualına belə cavab verib:

“Onun səsi yaxşıdır. Oxumağa həvəsi var. Amma mən övladımı bu sənətdən uzaqlaşdırmaq üçün əlimdən gələni etdim. Axırda gördüm ki, heç cür qarşısını ala bilmirəm, həvəsi var. İndi oxumur, çünki yetkinlik yaşındadır, səsi dəyişir. İstəsə, oxuyacaq, artıq heç nə demirəm”.