Bu gün Çingiz Mustafayevin ad günüdür

Bu gün Çingiz Mustafayevin ad günüdür
1018 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, jurnalist Çingiz Mustafayevin doğum günüdür.
 
Axşam.az-ın məlumatına görə, 1960-cı ildə Həştərxanda anadan olan Ç.Mustafayevin 54 yaşı tamam olur. O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra təyinatla üç il Dəvəçidə həkim işləyib. Elə həmin il dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını səsləndirib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başalyandan sonra Çingiz jurnalistikaya üz tutub.

O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayılırdı. Ç. Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Onun məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. 1992-ci il  iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Fuad adlı bir övladı yadigar qalıb.