Aktrisa eşq macərasından danışıb

Aktrisa eşq macərasından danışıb
1095 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı aktrisa və model Uma Turman haqqında gəzən şayiələrə münasibət bildirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cazibədar aktrisa rejissor Kventin Tarantino ilə eşq yaşaması haqda yayılan xəbərlərə güldüyünü söyləyib:
 
“Mətbuata inansaq, Kventin artıq mənim nikahlı həyat yoldaşımdır!”.

Qeyd edək ki, rejissorla U.Turmanın gizli sevgisi haqda şayiələr bu ilin mayından gündəmdədir. Turman və Tarantino Kann kinofestivalında bir neçə dəfə birlikdə görüntüləniblər.

Cütlük dəniz sahilində gəzərkən, həmçinin romantik ab-havada nahar edərkən paparassilərin kamarelarına tuş gəliblər.