Vasif: “Mənim arxamca danışanın..."

Vasif: “Mənim arxamca danışanın..."
1513 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmli onun haqqında danışanlara ismarış göndərib.

Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişinin qonağı olan ifaçı “Arxanızca çox danışılır” sualına belə cavab verib:

“Mənim arxamca danışanın, gərək, güclü dayağı olsun. Olmasa, haqqımda söz deməyi düzgün deyil. Bir insan barədə danışırlarsa, demək, o var, gündəmdədir. Harasa gedirsən, orada söhbət uzun çəkirsə, axırı mütləq qeybətə çevrilir. Uşaqlıqdan bu sənətdəyəm. Heç vaxt düşünməmişəm ki, bu peşədən pul qazanıb, maşın, ev alacam. Müğənniliyi sevib gəlmişəm. Bu gün yeni gündəmə çıxan bir ifaçı məni həzm edə bilmir. Onların heç sənəti yoxdur. Ancaq avtomobil və ev haqqında düşünürlər. İndi acınacaqlı hal odur ki, kişilər qeybət etməyə başlayıb. Əvvəl deyirdik ki, “arvad kimi qeybət etmə”. İndi hamı bununla məşğuldur”.