Həyat yoldaşından Xuramana qadağa

Həyat yoldaşından Xuramana qadağa
8728 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xuraman Şuşalıdan xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi yeni albom hazırlayır. Əməkdaşımızla söhbətində Xuraman şeir yazmasından da danışıb:

“Şeirlərdən ibarət albom çıxarıram. Burada hər mövzuda şeir yer alacaq. Dini mahnılar da oxumuşam. Onlardan ibarət diskim işıq üzü görəcək. Bir etiraf edim: özüm də şeir yazıram. Anama, Allaha, təbiətə həsr etmişəm. Amma onları heç vaxt üzə çıxarmayacam. Mən şairə kimi tanınmaq niyyətində deyiləm”.

X.Şuşalı son günlər mediada haqqında yayılan hamiləlik xəbərinə də münasibət bildirib:

“Hamilə olmağımdan çox yazdılar. Həyat yoldaşım əsəbləşir. Mənə danışmağı qadağan edib. Şəxsi həyatımızla bağlı heç yerdə açıqlama verməyəcəm”.