Ayan Şəhidlər Xiyabanında – fotolar

Ayan Şəhidlər Xiyabanında – fotolar
3522 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva Şəhidlər Xiyabanına yollanıb.

Axşam.az-ın məlumatına görə, sənətçi əvvəlcə milli qəhrəman Çingiz Mustafayevin məzarını, daha sonra isə 20 Yanvar şəhidləri İlham və Fərizənin qəbrini ziyarət edib, gül dəstəsi qoyub.

O, qəhrəmanlarımızı unutmamalı olduğumuzu deyib:
 
“Bu gün Azərbaycan uğrunda canını qurban verən Çingiz Mustafayevin ad günüdür. Onun silahı - çiynindəki kamerası, bu gün ürək ağrısıyla izlədiyimiz görüntüləridir. Hər bir azərbaycanlının borcu şəhidlərimizi yada salmaqdır”.