“Türklər İzzətin səsinə heyran qalırlar”

“Türklər İzzətin səsinə heyran qalırlar”
2049 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Gövhər Həsənzadə mahnılarını türkiyəli ifaçılara satır.

Axşam.az-ın məlumatına görə, o, həmin bəstələri daha çox müğənni İzzət Bağırovun təqdimatında onlara dinlətdiyini bildirib. Buna səbəb isə Türkiyəli sənətçilərin onun səsini daha çox bəyənmələridir:
 
“Bilmirəm niyə, amma bütün mahnılarımı İzzətin ifasında xoşlayırlar. Bu günə kimi bir neçə nəğmə olub ki, İ.Bağırova oxutdurmuşam, aparıb onun səsində qulaq asdırmışam. Həmin an da mahnı üstündə dava gedib. Mən də qərar vermişəm ki, bundan sonra türkiyəli müğənnilərə bəstə yazanda onu əvvəlcə İzzət oxusun, sonra onlara dinlətdirim. Çünki türklər onun səsinə heyran olurlar”.