“Kiminsə səni bəzəyib-düzəməsi ilə ucalmayacaqsan” - əməkdar artist

“Kiminsə səni bəzəyib-düzəməsi ilə ucalmayacaqsan” - əməkdar artist
1477 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Ruhəngiz Allahverdiyeva müğənnilərdən, qalmaqallardan bəhs edib.

Axşam.az-ın məlumatına görə, "Star life" verilişinə açıqlama verən ifaçı hər kəsi mehriban olmağa səsləyib:
 
"İnsanda Allahdan verilən bir istedad olmalıdır. Onu üzə çıxarmalısan. İstərdim ki, sənətçilər bir-birinə nə daş, nə də söz atsınlar. Mehribanlıq, sadəlik, düzgünlük olsun. Hər gülün öz zamanı var. Müğənnilər də elədir. Hər kəsin öz dövrü, ahəngi, səsi, istedadı var. Keçmişdə heç vaxt heç kim bir-birinə söz atmayıb. Akif İslamzadə, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Flora Kərimova kimi sənətkarların hərəsinin öz çəkisi olub.
 
Bu gün şou-biznes adamları bir-birləri ilə davaya çıxır, nəyisə bölüşə bilmirlər. Belə olmasın, dava etməyin, bir-birinizi sevin. Dalaşmaqdansa, bir-birinizə kömək olun. Nə qədər gözəl əməlləriniz olsa, bu, simanızda əks ediləcək. Sənətin varsa, səni xalq ucaldacaq. Sənətin yoxdursa, kiminsə səni bəzəyib-düzəməsi ilə ucalmayacaqsan. Kimsə bacarığını göstərə bilmirsə, onu tərifləmək nə məna verir? İstər “Cip”, istər “06” sürsün".