Birləşmiş Krallığın yeməli hərracları

Birləşmiş Krallığın yeməli hərracları
1695 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Diana və şahzadə Çarlzın toyundan saxlanılan tort dilimi hərraca çıxarılıb.
 
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, 33 illik tort dilimi 1375 dollara satılıb. Qeyd edək ki, bu, Birləşmiş Krallığın keçirdiyi ilk yeməli hərrac deyil.

2012-ci ildə Çarlzla Diananın ilk birgə qəhvəaltısından qorunub saxlanılan tost çörəyi hərraca qoyulub.
 
Bundan başqa, keçən il şəhzadə Uilyamla Keyt Midltonun toy mərasiminin desertindən bir dilim kaliforniyalı sahibinə 4140 dollara başa gəlib.