33 kiloqram arıqlayan aktrisanı tanımaq olmur – fotolar

33 kiloqram arıqlayan aktrisanı tanımaq olmur – fotolar
14044 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çalıquşu” serialından Südlü Nuriyə obrazı ilə tanınan aktrisa Elif Sümbül Sərt 33 kiloqram arıqlayaraq yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

Axşam.az xəbər verir ki, yeni imici ilə az qala tanınmaz hala düşən aktrisa “Hürriyət”ə müsahibəsində necə arıqlamağından, ailə həyatından və layihələrindən danışıb. Onun sözlərinə görə, ikinci körpəsini dünyaya gətirdikdən sonra birdən-birə kökəlib:
 
“Heç vaxt artıq çəkim olmayıb. Yalnız övladlarımı dünyaya gətirdikdən sonra kökəlməyə başladım. 85 kiloqram olmuşdum. Bu isə karyerama da mənfi təsir edirdi. Hətta bu sənətdən getmək istədiyim vaxtlar da olmuşdu”.

Elif ikinci övladını dünyaya gətirdikdən sonra həyat  yoldaşından ayrılma səbəbini də açıqlayıb:

“Xoşbəxt deyildim. Bir qızımın 6, digərinin 2 yaşı var. Ərimdən heç bir maddi və mənəvi dəstək görmürdüm. Ona görə də, boşandım”.

Aktrisa yeni serialda fərqli rola hazırlaşdığını söyləyib:
 
“Qədim dostum” serialında tamaşaçılar məni görəndə şoka düşəcəklər. Tamamilə fərqli – makiyajdan həddindən çox istifadə edən, cəsur, arsız biri olaraq qarşınıza çıxacam”.