Rafiq Hüseynov müayinə üçün Türkiyəyə gedir

Rafiq Hüseynov müayinə üçün Türkiyəyə gedir
1181 dəfə oxunub
  • A-
  • A
  • A+
“Müayinə olunmaq üçün sabah yenidən Türkiyəyə gedəcəyəm”.
 
Axşam.az-ın xəbərinə görə, bunu APA-ya xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.
 
Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı ciddi şikayəti olmasa da, həkimlərin məsləhəti ilə müayinədən keçməsi zəruridir:
 
“İşə çıxıram, sağlamlığımdan ciddi mənada şikayətim yoxdur. Şükür Allaha, yuxum, yeyib-içməyim qaydasındadır. Müayinədən keçim, görüm, həkimlər əməliyyatdan sonra ümumi vəziyyəti necə qiymətləndirirlər”.
 
R.Hüseynov əlavə edib ki, Bakıya sentyabrın 4-də qayıdacaq.
 
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.