Sinəm Kobal: “Onu itirdikdən sonra içimə qapandım”

Sinəm Kobal: “Onu itirdikdən sonra içimə qapandım”
4331 dəfə oxunub
  • A-
  • A
  • A+

“InStyle” jurnalının sentyabr sayının üz qabığını bəzəyən Sinəm Kobal maraqlı açıqlamalar verib.

Axşam.az-ın xarici mətbuta istinadən məlumatına görə, o, xarakterindən danışıb:

“Xəyalpərəst biri deyiləm, ayaqlarım yerdən üzülməz, amma xəyal qurmaqdan da heç vaxt əl çəkmərəm”.

İbrahim Çelikkolla eşq yaşayan Kobal xalasını itirdikdən sonra keçirdiyi hissləri də paylaşıb:

“Onu itirdikdən sonra daha fərqli bir həyat yaşamağa başladım. Sanki gözüm daha da açıldı, yuxudan oyandım elə bil, daha çox içimə qapandım”.