Ancelina Coli toyundan sonra ilk dəfə görüntüləndi - fotolar

Ancelina Coli toyundan sonra ilk dəfə görüntüləndi - fotolar
2181 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən həftə 9 illik sevgilisi aktyor Bred Pittlə ailə quran aktrisa Ancelina Coli toyundan sonra ilk dəfə görüntülənib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı aktrisa yeni filminin çəkilişləri aparılan Maltada bir qayığa minərkən kameralara tuş gəlib. Hər zaman olduğu kimi, bu dəfə də başdan-ayağa qaralara bürünən Coli panamasını və gün eynəyini çıxarmayıb. Onun dəyəri 250 min dollar olan nişan üzüyü də gözlərdən yayınmayıb.

Qeyd edək ki, “Mr və Ms Smith” filminin çəkilişləri zamanı bir-birlərinə aşiq olan cütlük 10 il sonra yenidən birlikdə kamera önünə keçəcək.
 
Ekran işinin ssenarisi və rejissorluğu Ancelina Colinin özünə məxsusdur.