“Çimərlik fotolarına görə evdən getdim” - Günay

“Çimərlik fotolarına görə evdən getdim” - Günay
9905 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli “Dəlisiyəm gecənin” klipindən, çimərlik geyimindəki fotolarından danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında geyimlərinə görə onu qınayanların cavabını verib:

“Çox insan məni qınadı ki, “Dəlisiyəm gecənin” mahnısının çimərlik geyiminə nə aidiyyatı var. Amma klipi axıra kimi izləsələr, mənanı başa düşərlər. Məni ən çox çimərlik geyimimə görə qınadılar. Mən çimərliyə gedirəm. Bu istidə dəniz kənarında nə geyinməliydim? Paltoda, plaşda çıxmalıydım? Çimərliyə gedirəm, günəşlənirəm. Çimərlik paltarı geyinirəm, orada 300-500 adam mənə baxır. Sonra da efirdə görəndə qınayırlar. Avropada belə bir klip çəkilsəydi, yaxşı qəbul edərdilər. İndi deyəcəklər ki, bizi Avropa ilə bir tutursan? Niyə yerimdə saymalıyam? Mən tərbiyəsiz bir şey etməmişəm. İnsanın mədəniyyəti geyimlə ölçülmür”.

G.İbrahimli valideynlərinin də onu çimərlik geyimindəki fotolarına görə qınadığını etiraf edib:

“Buna görə evdə problem yarandı. Evdən çıxıb getdim Avropaya, 15 gün üzümü görmədilər. Sonra sakitləşdilər”.