“Özümü də, sənətimi də qısqanırlar” - video

“Özümü də, sənətimi də qısqanırlar” - video
1374 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elxan Şirinovun bu gün ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi təssüratlarını “Onlar”la bölüşüb:

“Sentyabrın 1-də 51 yaşım tamam olur. Amma hamı deyir sənə 35 yaş verərik. Bu illər ərzində sənətimdə çox şeylər etmişəm. “Başqa birisni sevə bilməzsən”, “Axşamlar” kimi mahnılarım hara gedirdim səslənirdi. Ən gözəl duyğularımı mahnılarımda əks etdirmişəm”.

E.Şirinov yeniliklərindən də bəhs edib:


“Mən yenə axşamları tək dolaşıram” yeni mahnımdır. Bu bəstəyə görə müəllifə təşəkkür edirəm. Bütün uğurum, müvəffəqiyyətim üçün düşmənlərimə borcluyam. Gözəl düşmənlərim var. Yaradıcı insan üçün bu yaxşıdır. Daim yaratmaq, dayanmamaq istəyirəm. Sənətimi də, özümü də, görünüşümü də qısqananlar var”.