Tünzalə göz yaşını saxlaya bilmədi: “Ən dəhşətli müsahibəmdir”

Tünzalə göz yaşını saxlaya bilmədi: “Ən dəhşətli müsahibəmdir”
4092 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayeva intihar edən gənc ifaçı Sura Əsgərovadan danışıb.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən müğənni kamera qarşısında göz yaşlarını saxlaya bilməyib:

“Suranı heç unuda bilmirəm. Düşünürəm ki, onu heç vaxt yadımdan çıxarmayacam. Anası mənə deyir ki, tək bizi yox, səni də yaraladı getdi. Onunla bağlı ümidlərim, planlarım var idi. Yatsam yuxuma da girməzdi ki, belə olacaq. Bu yaşda həyatdan getməsi, hələ özünə qıyması dəhşətdir. Mənə qonşuları “Facebook” vasitəsilə bu acı xəbəri verdilər. Oxuyanda inanmadım. Telefonuna zəng etdim. Tanımadığım bir səs cavab verdi: “Müstəntiqdir, Sura intihar edib” dedi. Ağlamaqdan bitmişəm. Dəfn mərasiminə çatdım. Mənim üçün ən ağır müsahibədir bu. Hamı “Niyə?” sualını verir. Bilmirəm səbəbini. Kaş içindəki narahatçılığı mənə deyərdi. “Qovuş ona” duetindən sonra Suranın öz mahnısını oxumasını istəyirdim. Alınmadı... Bəzi şeylərə gözüm açıldı. Bu faciəni bir aksiyaya, konsertə çevirəcəm. Valideynlərə səslənəcəm... Bəlkə elə uşaqlarımız, gənclərimiz var ki, içində intihar etmək düşüncəsi var. Onları bu fikirdən uzaqlaşdırmağa çalışacam. Sura həmişə mənə deyirdi ki, tək istəyim sakit bir konsert verməkdir..”.