“Türk toylarına dəvət olunuram” - Samir

“Türk toylarına dəvət olunuram” - Samir
1053 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev əməkdar artist Baloğlan Əşrəfovun “Ay gözəlim, bir dayan” mahnısını səsləndirib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında ona klip çəkəcəklərini də söyləyib:

“Özü mənə həmişə deyir ki, hansı mahnını istəsən, ifa edə bilərsən. Bu nəğməyə klip də çəkdirəcəm. Çalışırıq ki, bu bəstəni gözəl təqdim edək. Çünki bunu Baloğlan Əşrəfovun ifasında dinləyiblər. İnanıram ki, tamaşaçılarımızın da xoşuna gələcək. Baloğlan müəllimin elə ürəyi var ki, mahnısını oxuyana etiraz etməz. Sözün əsl mənasında, ağsaqqaldır”.

Yeniliklərindən danışan sənətçi türk toylarına dəvət olunduğunu bildirib:

“Cavid Əhmədov adlı bir şair var. Ondan yeni mahnı almışam. Bir çoxları gəlinə, evliliyə bəstələr yazır. Burada isə tərsinədir, qəhrəman evliliyi xəyal edərkən, başa düşür ki, buna heç hazır deyilmiş. Onun klipini də düşünmüşük. Bu işdə bizə prodüserim Anar Mədətov məsləhət verib. Türk toylarına da dəvət olunuram. Sırf türklərin toyu olur. Birində mən və Kıraç çıxış etdik. Pis olsam, yəqin ki, istəməzlər. Orada təkcə türk mahnıları oxumuram. Adət-ənənə eyni olduğuna görə, qəbul edilir”.

B.Əşrəfov Samirin ifasından bəhs edib:

“Samir Piriyevi çox istəyirəm. Mənə müraciət edəndə razılaşdım. İnanıram ki, onun ifasında yaxşı alınacaq. Mahnının hallığını verirəm”.