Dörd illik fasilədən sonra yenidən bir araya gəldilər

Dörd illik fasilədən sonra yenidən bir araya gəldilər
1909 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov uzun fasilədən sonra yenidən rejissor Fuad Əlişovla işbirliyinə başlayıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “Onlar” verilişinə açıqlama verən sənətçi təklifin qarşı tərəfdən gəldiyini söyləyib:

“Uzun müddətdir Fuadla işbirliyimiz yoxdur. “Həyat çətindir” mahnısının ekran həllini ona həvalə etdim. Təklif Fuaddan gəldi. Dedi ki, sevə-sevə klip çəkmək istəyirəm. Mən də razılaşdım”.

Fuad Əlişov isə bəstəyə olan heyranlığını belə bildirib:

“Mahnıya qulaq asanda beyində süjet xətləri fırlanırdı. Bu yaxınlarda dostlarımızla səfərdə olduq. “Həyat çətindir”ə qulaq asırdıq, nəğməyə olan sevgimi Zamiqə dedim. O da klip çəkməyə razılaşdı. Zamiq seçilir, ona görə çalışırıq ki, klip də fərqlənsin. Mahnının mövzusuna uyğun ekran işi olacaq”.

Ekran işində rol alan aktrisa Könül Nağıyeva ilk dəfə klipə çəkildiyini deyib:

 “Mahnı o qədər cəlbedicidir ki, təkliflə razılaşdım. Burada xəyanət, göz yaşları var. Ssenari də ona uyğun olacaq”.