Aparıcı yeni serialla ekranlara qayıdır

Aparıcı yeni serialla ekranlara qayıdır
2947 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aparıcı-aktrisa İclal Aydın “O həyat mənim” serialı ilə yenidən ekranlara qayıdacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sentyabrın 7-də başalayacaq filmdə Həsrət obrazı ilə izləyicilərin görüşünə gələcək. İ.Aydın yeni  rolu haqqında bunları deyib:
 
“Çəkiliş heyətinə daxil olanların hamısı dostumdur. Onları eyni layihədə görmək mənim üçün çox xoşdur. Özüm də valideyn olduğuma görə, ana rolunu çox yaxşı canlandıracam. Yeni mövsümdə uğur qazanacağımıza inanıram”.

Qeyd edək ki, İclal Aydın daha əvvəl məşhur “İki ailə” serialında da qayğıkeş ana rolunda çəkilmişdi.