“Elza və Tünzaləni dostluqdan çıxartdım” – Zaur

“Elza və Tünzaləni dostluqdan çıxartdım” – Zaur
8536 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcılar -  Zaur və Günay Baxşəliyevlər İnstaqram səhifələrindən danışıblar.

Axşam.az-ın məlumatına görə, Günay selfi fotolarından və başlarına gələn maraqlı hadisədən bəhs edib:

“Selfi xəstəliyinə tutulmasaq da, çəkdirirk. Zaur bir dəfə rayondan gəlirmiş. Yolda iki oğlan maşını saxlatdırıb ki, bizimlə şəkil çəkdirərsiniz? Zaurun telefonu ilə çəkiblər, sağollaşıb gediblər. Bir də ayılıb ki, telefonu da özləri ilə aparıblar”.

Z.Baxşəliyev isə İnstaqramda izlədiyi məşhurların adlarını açıqlayıb:

“Mənim həyatımda selfi çəkdirmək o hadisədən sonra yarandı. Selfi o zaman lazımdır ki, hardasa təksən və çəkməyə adam yoxdur. O gözəlliyi yadda saxlamaq üçün özün şəkil çəkməli olursan. Dostlarım arasında Afaq Gəncəli, Zabit Səmədov, Nadir Qafarzadə kimi məşhurlar var. Mənə maraqlı gələnləri, dost olduqlarımı izləyirəm. Heç bir dünya məşhurunu izləmirəm. Bezib dostluqdan çıxardığım məşhurlar da olub. Elza Seyidcahan və Tünzalə Ağayevanı dostluqdan çıxarmışam. Elza xanım eyni anda 20 foto yerləşdirir. Bir dəfə özünə də dedim ki, elə etməyin, izləyicilərinizin sayı azalır. Tünzalə xanımı da, deyəsən, elə o səbəbdən dostluqdan çıxardım”.