Britni Spirsin keçmiş sevgilisinə qadağalar qoyuldu

Britni Spirsin keçmiş sevgilisinə qadağalar qoyuldu
892 dəfə oxunub
  • A-
  • A
  • A+
Pop star Britni Spirsin 6 ay davam edən sevgi hekayəsi bu günlərdə xəyanətlə sona çatdı.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, müğənninin keçmiş sevgilisi Devid Lukado ona yaxınlaşa bilmir. Devidə Britninin konsertlərinə getmək, ifaçının evinə yaxınlaşmaq qadağan olunub.

Sənətçi keçmiş məşuqunun telefon nömrəsini də qara siyahıya salıb. Bir anda persona-non-qrataya çevrilən Devid ayrıldıqdan sonra Britni ilə danışa bilməyib. Müğənniyə dəlicəsinə aşiq olduğunu bildirən gənc tezliklə barışacaqlarına ümid edir.
 
Xatırladaq ki, bu yaxınlarda Devid başqa qızlarla əylənərkən görüntülənib. İnternetdə yayımlanan videonu görən pop ulduz sosial şəbəkələrdə pərəstişkarlarına artıq subay olduğunu bildirib.