"Allah hər kəsə sevdiyi adamla evlənməyi nəsib etsin"

"Allah hər kəsə sevdiyi adamla evlənməyi nəsib etsin"
3746 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Engin Altan Düzyatanla ailə həyatı quran “Yeşilçam”ın tanınmış siması Hülya Koşiyitin nəvəsi Neslişah Alkoçlar televiziya proqramlarından birinin canlı yayımına qatılaraq maraqla gözlənilən suallara cavab verib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təzə gəlin çox xoşbəxt olduğunu bildirib:

“Sevincimin həddi-hüdudu yoxdur. Allah hər kəsə sevdiyi adamla evlənməyi nəsib etsin.”

Xatırladaq ki, cütlüyün toyundan bir neçə gün qabaq Altanın avtomobilini sataraq sevgilisinə üzük aldığı xəbəri yayılmışdı. Neslişah bu şayiələri təkzib edib:

“Hər söylənilənə diqqət etsək, əsəblərimiz pozular, ona görə də, belə xəbərlərə qarşı görünməz divar hördük.”

N.Alkoçlar Enginlə münasibətlərinin beşinci ayında evlilik təklifi aldığını söyləyib. O, ikisinin də tezliklə uşaq sahibi olmaq istədiklərini bildirib.