Rəqsanə və qızı yeni veriliş açır

 Rəqsanə və qızı yeni veriliş açır
4792 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəqsanə İsmayılova və qızı yeni verilişlə tamaşaçılarının qarşısına çıxacaq.

Axşam.az-ın məlumatına görə, o, bu haqda İnstaqram səhifəsində yazıb:

“Azərbaycan teleməkanında yeni layihə - “Yar”. Dəb yenilikləri, ulduzlu qonaqlar, xanımları maraqlandıran hər şey səs-küylü “Yar” layihəsində olacaq. Verilişin daha bir özəlliyi odur ki, uzun zamandır, gözü yolda qalanların həsrətinə son qoyulacaq. Dəbli şouda siz itirdiyiniz doğmalarınızı da tapa biləcəksiniz, biz sizə bu şəraiti yaradırıq. Gözləri yolda qalan analar öz övladlarına xanımlar üçün hazırlanmış “Yar”da qovuşacaqlar. Vətəndən kənarda olan, əlaqə qura bilmədiyiniz ailə üzvləriniz varsa, xaricdə cəzaçəkmə müəssisələrində olan doğmalarınıza belə sizi “Yar” proqramı qovuşduracaq".