Yıldız Tilbe: “Daha narkotikdən istifadə etmirəm”

Yıldız Tilbe: “Daha narkotikdən istifadə etmirəm”
2319 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha əvvəl narkotik istifadə etdiyini etiraf edən türkiyəli müğənni Yıldız Tilbe İnstaqramdan ona ünvanlanan “Nə çəkirsiniz?” sualına çox əsəbiləşib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, siqaretdən başqa heç nə istifadə etmədiyini deyib:

“Əvvəl narkotik istifadə edirdim, amma indi heçnə çəkmirəm. Yalnız siqaret istifadə edirəm. Ondan da azad olmağa çalışıram. Suallarınızdan yoruldum. İnsanın adı çıxınca, canı çıxsın. Sulu, quru heç nə çəkmirəm. Günahımı alırsınız. Allahdan qorxun. Əvvəlki səhvimi etiraf etməyimlə bunlar üstümə yapışıb qaldı. Daha bəsdir. Həqiqətən lənət olsun! Mənə hər hansı bir mövzuda böhtan atanlar, mənə qurban olasınız deyəcəyəm, amma o qədər təmiz deyilsiniz”