“ATV-nin aparıcıları bir-bir oğurlanır” - yeni mövsüm anonsu

“ATV-nin aparıcıları bir-bir oğurlanır” -  yeni mövsüm anonsu
8403 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV kanalının efirində maraqlı video-anonslar yayılmağa başlayıb.

Axşam.az xəbər verir ki, kadrlardan kanalın məşhur aparıcılarının bir-bir müxtəlif məkanlarda naməlum qüvvələr tərəfindən oğurlandığı əksini tapıb.

Triller janrında çəkilmiş bu kadrlar ilk baxışdan hansısa kəskin süjetli filmin fraqmentləri təsirini bağışlayır. Amma kanalın ötən mövsümə də fərqli tərzdə başladığını nəzərə alsaq, çox güman ki, bu kadrlar yeni mövsümün anonsudur. Silsilə şəklində çəkilmiş anonsların finalının da maraqlı olacağı gözlənilir.

365.az