"Ən yaxşı 100 türk filmi" məlum oldu - fotolar

"Ən yaxşı 100 türk filmi" məlum oldu - fotolar
1369 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən türk kinosunun 100-cü ildönümü münasibətilə keçirilən “Ən yaxşı 100 türk filmi” səsverməsinə əsasən rejissor Mətin Erksanın çəkdiyi və Türkiyəyə ilk beynəlxalq mükafatı gətirən “Susuz yaz” qalib olub.
 
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, təxminən 360 min səslə birinci yerə çıxan filmin qəhrəmanı, “Yeşilçam”ın əfsanəvi siması Hülya Koçiyit bu xəbəri eşidərkən sevincinin həddi-hüdudu olmayıb. Hazırda “Gəlin” filminin nümayişi üçün Venesiya film festivalında olan aktrisa duyğularını belə ifadə edib:

“Bu, sənətimin 50 illik yubileyinə böyük töhfə oldu. Türk xalqının vəfası məni sevindirdi. Həddindən artıq xoşbəxtəm. “Susuz yaz”ın birinci olmasından qürur duyuram”.

Qeyd edək ki, ən çox səs toplayan ilk 10-luqda ikinci pillədə 19 min səslə “Hababam sınfı”, üçüncü yerdə 12 min səslə “Babam və oğlum” filmləri qərarlaşıb.

Digər ardıcıllıq isə belədir: