Mustafa Ceceli Aygün Kazımovaya naz edir

Mustafa Ceceli Aygün Kazımovaya naz edir
1804 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Mustafa Ceceli xalq artisti Aygün Kazımovanın planlarını pozub.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni “Onlar” verilişinə açıqlamasında deyib.

O, Cecelinin “Təsadüf” mahnısınının aranjimanını gecikdirdiyini bildirib:
 
“Təsadüf” mahnısı barədə planlar dəyişdi. Hələ ki, başqa bir bəstə üzərində çalışırıq. Bəstənin sözləri türk dilinə tərcümə edilib. Amma aranjiman gecikir. Mustafa Ceceli hələ ki, naz edir”.

“Bəlkə Lara Fabianla duetdən sonra bir az dəyişib” sualına A.Kazımova belə cavab verib:

“Bu yaxınlarda onların duet oxuduğunu bildim. Çox xoşuma gəldi. Nə olsun, Mustafa Lara Fabianla oxuyub, mən isə Snup Doqla. Hansı daha yüksəkdir? Özü də mən birinci etmişəm”.