Keçmiş nişanlısının “diş izi”ndən olan döyməni sildirdi - fotolar

Keçmiş nişanlısının “diş izi”ndən olan döyməni sildirdi - fotolar
4930 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Engin Altan Düzyatanın “Yeşilçam”ın əfsanəvi siması Hülya Koçiyitin nəvəsi Neslişah Alkoçla evlənməsi haqqında xəbər vermişdik. 
 
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun əvvəlki nişanlısı Özgə Özpirinçi Engindən qalan son xatirəsindən də qurtulmaq qərarına gəlib.

Bir müddət əvvəl o, Ro Rof Rose adlı döymə mütəxəssisinə Düzyatanın “diş izi” tatusunu döydürmüşdü. Engin döyməni izah edərkən “Vampir kimi sevgilimi necə dişləyə bilərəm ki? Alma var idi, onu dişlədim. Ordakı diş izlərini hesablayaraq bu döyməni etdirdi” söyləmişdi. Artıq hər kəsin sosial şəbəkələrdə Özgəni dəstəkləyən, ürək-dirək verən çoxlu mesajlar yazması onu bu döyməni yeniləməyə vadar edib. Aktrisa bədəninə quş tükü və çiçəklərdən ibarət naxış çəkdirib.