“Bədən quruluşum mükəmməl deyil” - Şarliz Teron

“Bədən quruluşum mükəmməl deyil” - Şarliz Teron
2078 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən gözəl bədən quruluşuna sahib olan aktrisaları sırasında yer alan Şarliz Teron “Luxury” jurnalına verdiyi müsahibə ilə təəccüb doğurub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, yoqa və düzgün qidalanmağın faydalarından danışıb:

“Mən hər zaman bədənimin hansı hissəsində işləməli olduğum mövzusunda düşünürəm. Özümü rahat hiss edirəm və xarici görünüşümdən razıyam. Buna görə yoqaya borcluyam. Qidalanma rejimim isə hər zaman öz qaydasındadır. Faydalı məhsullara üstünlük verirəm və kalorili məhsullardan qaçıram. Piyada gəzməyi xoşlayıram. Hələ uşaqlıqdan gəzməyi çox sevirdim. İndi də itim və oğlum Ceksonla birgə tez-tez gəzintiyə çıxıram. Sağlam qidalanma və aktiv həyat tərzi cazibədar bədənə sahib olmağıma imkan yaradır. Amma buna baxmayaraq, düşünürəm ki, mənim bədən quruluşum mükəmməl deyil”.