Leonordo Di Kaprionu onunla unudur - fotolar

Leonordo Di Kaprionu onunla unudur - fotolar
2718 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun yaraşıqlı aktyoru Leonardo Di Kapriodan ayrıldıqdan sonra uzun müddət heç kimlə münasibət qurmayan model Bar Rafaeli nəhayət ki, yeni eşqə yelkən açıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı model Yunanıstanda yeni sevgilisi ilə kameralara tuş gəlib. Göy rəngli çimrəlik geyimi ilə diqqət çəkən Rafaelinin sevgilisi ilə səmimi hərəkətləri maraq doğurub.

O, iş adamı Edi Erza ilə birgə romantik anlar yaşayıb. Di Kaprio ilə uzun müddət birlikdə yaşayan, hətta nişanlanan Bar Rafaeli ondan sonra ilk dəfə biri ilə sevgili olsa da, Leonardo tez-tez fərqli xanımlarla paparatsilərin hədəfinə tuş gəlir. Aktyor hazırda model Toni Qarnla birlikdədir.