Cennifer həyatının kişisini tapacağına ümidlidir

Cennifer həyatının kişisini tapacağına ümidlidir
2160 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Cennifer Lopez Britaniyanın “Elle” jurnalı üçün kamera qarşısına keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, müsahibəsində hələ də sevgiyə inandığını söyləyib.

İfaçı bildirib ki, həyatının kişisi ilə qarşılacağına ümidini itirmir:

“Mən hələ də sevgiyə inanıram. Ümidliyəm ki, hardasa mənim üçün mükəmməl kişi var. Amma onunla qarşılaşmaq üçün əmək sərf etmək lazımdır”.

45 yaşlı müğənni onu da əlavə edib ki, hər kəs kimi səhv edə bilər:

“Mən hirslənirəm, amma taleyin oyunlarına məhəl qoymuram. Münasibətlərim alınmayanda əlbəttə ki, ağır olur. Amma inanıram ki, hər səhv daha da yüksəlməyə kömək edir. Mən də nə vaxtsa düzgün addım atacağam”.