"Günah sponsor sayəsində maşın sürənlərdədir"

"Günah sponsor sayəsində maşın sürənlərdədir"
2081 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Zöhrə Abdullayeva yol hərəkəti qaydalarından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni qəzalara bahalı maşın sürənlərin səbəb olduğunu bildirib:

“Günah sponsor sayəsində maşın sürənlərdədir. Haradansa ötürsən, görürsən, yanda cavan qız - qulağında telefon, ağzında saqqız. Sağına-soluna baxmır, gedir. Ən bahalı maşını sürür. Qəzaları da törədən onlardır. Özünə yazığı gəlmir, heç olmasa, maşınına heyfi gəlsin. Kaş bizdə də cəza daha da ağırlaşdırıla. Xaricdəki kimi hər qayda pozuntusu üçün ilk dəfə 3000-5000 dollar alıb, ikinci dəfə isə həbs etsələr, heç kim belə addım atmaz. Mən, oğlum hər zaman kəmərdən istifadə edirik. Bu, öz təhlükəsizliyimiz üçündür”.