“Körpəmi efirdə dünyaya gətirəcəm”

“Körpəmi efirdə dünyaya gətirəcəm”
4047 dəfə oxunub
  • A-
  • A
  • A+
İş adamı Sərxan Kodaloğlu ilə ailə quran türkiyəli müğənni Petek Dinçöz “Klass” jurnalına müsahibə verib.

Axşam.az-ın “Milliyət”ə istinadən xəbərinə görə, şəxsi həyatından danışan ulduz bir-birindən maraqlı açıqlamalar edib. Körpəsini canlı efirdə dünyaya gətirəcəyini deyən Petek hər kəsi təəccübləndirib:

“Çox xoşbəxt evliliyimiz var və bunun hər ikimizin düzgün qərarı olduğuna inanıram. Uşağım olsun istəyirəm. Özü də canlı yayımda doğuş etməyə qərar vermişəm. Həyat yoldaşıma da bunu demişəm. Hazırda hansı mövsümdə nə tapılmır onu araşdırıram. Hamilə qalanda hər şeyi Sərxanın burnundan gətirəcəyəm”.

Qeyd edək ki, Petek Dinçöz oktyabrın 5-də “Şamaxı Rixos Hotel”də konsert verəcək.