"Şahin iki dəfə evli olub, bir qızı da var" - müsahibə

"Şahin iki dəfə evli olub, bir qızı da var" - müsahibə
25914 dəfə oxunub
  • A-
  • A
  • A+
Rejissor Şahin Zəkizadə ilə ailə qurmağa hazırlaşan model Səbinə Allahverdiyeva Axşam.az saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Toy hazırlıqları necə gedir?

- Normal. Başqalarından heç nə ilə fərqlənmirik: eyni sevinc, eyni ümidlər, eyni həyəcan. Bir sözlə, bir-birini sevən iki insan ailə adlı uzun yola addım atmamışdan əvvəl hansı hissləri keçirirsə, biz də onları yaşayırıq.

- Bir müddət əvvəl şəxsi həyatınla bağlı bəzi söz-söhbətlər çıxdı. Elə bu ərəfədə də nişanlanma xəbərlərini eşitdik. Şahin həyatında nələri dəyişdi?

- Çox şeyi. Həyata baxışım, yaşama tərzim indi daha fərqlidir. Əsl sevginin nə demək olduğunu anladım. Şahinlə həyatı daha yaxşı dərk etdim.

- Bu, sevgi ilə qurulan ailədir, yoxsa ağılla?

- Əlbəttə, bizim ailə sevgi ilə qurulur. Onsuz heç nə ola bilməz. Ağıl da sevgiyə bağlıdır. Mənim üçün ailə müqəddəsdir. Onun öz qayda-qanunları var. Onlara riayət etmək lazımdır. Mən də bu ciddiliyin fərqindəyəm.

- Şahin Zəkizadənin buna qədər ailəli olması haqda xəbərlər yayıldı...

- Bəli, Şahin iki dəfə evli olub. Hətta ikinci evliliyindən gözəl bir qızı da var. Hazırda ikinci həyat yoldaşı ilə münasibətlərimiz gözəl səviyyədədir.

- Bəs qızının sizin evlənməyinizə reaksiyası necə oldu?

- Bu yaxınlarda Şahinin qızının beş yaşı olacaq. Onunla hər şey yaxşıdır. Tez-tez görüşür, gəzməyə gedirik. Hətta sosial şəbəkədə şəkillərimiz də var.

- Ailən sənin seçimini necə qarşıladı?

- Anam hər zaman mənə hörmətlə yanaşıb. Şahinlə münasibətləri səmimidir. Hansı qərarı verməyimdən asılı olmayaraq mənə dəstəkdir.

- Nə cür toy arzulayırsan?

- Allahın xoşuna gedəcək bir toy arzulayıram.

- Tanışlığınız necə yarandı?

- Çox maraqlı oldu. Şahinlə 9 il bundan əvvəl Nadir Qafarzadənin klip çəkilişində tanış olmuşduq. O vaxtlar mən hələ balaca bir qız idim. Bu il yayda yeni seriala çəkilmək üçün kastinqlərə qatıldım. Yenidən qarşılaşdıq. Ünsiyyət qurmağa başladıq. Bir-birimizi yaxından tanıdıq. Evlilik təklifi gözlənilmədən oldu. Sevincimin həddi yox idi.

- Toydan sonra işini davam etdirəcəksən, yoxsa hər şeyə əlvida deyəcəksən?

- Aktrisalıq fəaliyyətimi davam etdirəcəm. Eyni zamanda vizajist kimi də çalışıram. Bu iki işimdə gələcək həyat yoldaşım mənə dəstək olacaq.

Zəhra ƏHMƏDOVA