Şumaxer xəstəxanadan evə buraxıldı

Şumaxer xəstəxanadan evə buraxıldı
1361 dəfə oxunub
  • A-
  • A
  • A+
“Formula-1”-in 7 qat çempionu Mixael Şumaxer xəstəxanadan çıxarılıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, bundan sonra o, müalicəsinə öz evində davam edəcək.

Xatırladaq ki, keçən il Fransada buz üzərində idman oyunları zamanı keçirdiyi qəzadan sonra komaya düşən avtopilotun səhhətində irəliləyiş var. İyunda komadan ayılan idmançı, son aylar özünü yaxşı hiss edir. Şumaxerin tamamilə sağalmasının uzun müddət alacağını bildirən meneceri Sabine Kehm duaları ilə ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.