Fahriye Evcən Kıvanç Tatlıtuğu hövsələdən çıxardı

Fahriye Evcən Kıvanç Tatlıtuğu hövsələdən çıxardı
4224 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Fahriye Evcən “Kurt Seyit və Şura” serialının tanıtım videosu hazırlanarkən aktyor Kıvanç Tatlıtuğu əsəbləşdirib.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, yeni mövsümdən adıçəkilən ekran işində Mürivət rolunu canlandıracaq F.Evcən çəkiliş meydançasına 3 saat gecikərək K.Tatlıtuğu hövsələdən çıxarıb.
 
Aktrisanın gecikməsinə səbəb isə onun düz 3 saat makiyaj etməsi olub. Fahriye Evcənin hazırlıqlarının bitmədiyini görən Kıvanç “Mən çəkilmirəm” deyərək meydançanı tərk edib.

Rejissor Hilal Saralın da kaprizləri ilə tanınan F.Evceni heyətə daxil etməsi səbəbindən narahatlıq keçirdiyi iddia olunur.