Fatih Terimin nəvəsi sağaldı

Fatih Terimin nəvəsi sağaldı
2298 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə millisinin baş məşqçisi Fatih Terimin qızı Mərvə Terimin körpəsi sağalıb.
 
Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, Mərvə oğlu Yamanı hamiləliyinin 6-cı ayında - bacısı Busə Terimin toy günü dünyaya gətirmişdi. Təxminən 90 gün erkən doğulan uşaq indiyədək xəstəxanada həkimlərin nəzarəti altında idi.

Bu səhər isə Yamanın sağaldığı öyrənilib. Bu barədə baş məşqçinin qızı sosial şəbəkədə yazıb:

“Başımıza gözlənilməz hadisələr gələ bilər. Yaşamaq üçün sizə sarılmağa çalışan kiçik bir bədəni qucağınıza alanda həyatınızdakı boşluğun dolduğunu hiss edirsiniz. Bəlkə də ömrünüzdə ilk dəfə balaca bir ürəyin qopub sizin qəlbinizə necə yapışdığının fərqinə varırsınız. Bütün bunlar yaşayaraq öyrənməli olduğumuz şeylərdir.

Nəhayət, 75 gün sonra evimizə gəldik. Uzun bir mübarizədən sonra qalib olduq. Gecə-gündüz inandıq, ümid etdik, yorulduq, usandıq, amma nəhayət gözəl oğluma qovuşduq. Gül qoxulu körpəm bizimlə yatır və səhər tezdən gözlərini açıb bizə baxır. Allahım, sənə şükürlər olsun”.

M.Terim həyatının çətin dönəmində ona dəstək olan və körpəsi üçün dua edən hər kəsə minnətdarlığını bildirib.