“Nənəm babamı aclıqdan xilas edib” – məşhur müğənni

“Nənəm babamı aclıqdan xilas edib” – məşhur müğənni
5272 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Nataşa Koroleva ilk dəfə ailəsi ilə bağlı danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı "7days" dərgisinə müsahibəsində maraqlı məqamları açıqlayıb.
 
O deyib ki, nənəsi 15 yaşında olarkən məcburən 44 yaşlı kişiyə ərə veriləcəkmiş:

"Onun etirazlarına qulaq asmadan toy gününü təyin ediblər. Nənəm nikah günü başında fatası ilə qonşu kəndə qaçıb. İllərlə orada yaşayıb, müxtəlif işlərdə çalışıb, pul qazanıb. Bir gün çörək zavodundan işdən çıxarkən özü ilə yeməyə bir parça çörək götürüb. Heç kimin olmadığı tarladan keçəndə ac adamlar ona hücum edib. Həmin insanların arasında babam da olub. Onların tanışlığı elə oradaca başlayıb. Nənəm babamı aclıqdan xilas edib".

Anasının qəddar polis işçisi olduğunu deyən Nataşa onu atasının böyütdüyünü bildirib.