Futbolçunun xanımı "istənilməyən adam" elan edildi

Futbolçunun xanımı "istənilməyən adam" elan edildi
1805 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin "Qalatasaray" futbol klubunun oyunçusu Uesli Sneyderin hollandiyalı həyat yoldaşı Yolante Kabau gözləmədiyi hərəkətlə qarşılaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Hollandiyada telekanalların birində aparıcılıq etməyə başlayan Yolante “istənilməyən adam” elan edilib. Onun aparıcılıq fəaliyyətinin gözləniləndən zəif olduğu deyilib.

"De Telegraaf" tərəfindən aparılan sorğuda iştirakçıların 84 faizi Yolantenin proqramdan getməsini istəyib. Kabau onu bəyənməyənlərə "Həyatda hər zaman sizi çox istəyən və izləyən insanlarla yanaşı, sevməyənlər də var. Haqqımda nə düşündükləri mənim üçün önəmli deyil. Əgər bəyənmirlərsə, kanalı dəyişdirsinlər" cavabını verib.