Bütün zamanların məşhur uşaq ulduzları - siyahı

Bütün zamanların məşhur uşaq ulduzları - siyahı
2849 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir zamanlar məşhur filmlərin qəhrəmanlarına çevrilən azyaşlı aktyor və aktrisaların bu gün hansı işlə məşğul olduqları həmişə maraq obyektinə çevrilib.

Axşam.az “Hürriyət”ə istinadən bir vaxtlar məşhur olan uşaq ulduzların siyahısını təqdim edir:

Haley Joel Osment – 11 yaşındaykən çəkildiyi “Altıncı hiss” filmi ilə tanınıb. 26 yaşlı Osment hazırda aktyor Conni Deplə birlikdə “Yoga Hosers” adlı ekran işində çəkilir.

Şirley Temple – Hollivudun ən tanınmış uşaq ulduzu olub. Bu ilin fevralında 80 yaşında dünyasını dəyişib.

Cudi Qarland – “Cadugər” filmi ilə karyerasına başlayan aktrisa 1969-cu ildə həyatla vidalaşıb. Qızı Liza Minelli anasının sənətini davam etdirir.

Elizabet Teylor – adını bir çox məşhur filmlə əbədiləşdirib. Hazırda 76 yaşındadır.

Natali Vud – bir zamanlar əfsanəvi ulduza çevrilən aktrisa dənizdə baş vermiş qəza nəticəsində ölüb.

Miki Runey – 1920-ci il təvəllüdlü ulduz bu ilin aprelində dünyasını dəyişib.

Kirsten Dunst – uşaq ikən “Vampirlə görüş” adlı ekran işi ilə tanındı.

Lindsay Lohan – Disney ulduzu olaraq məşhurlaşdı. Bu gün daha çox şəxsi həyatı ilə gündəmdədir.

Keşa Kastl Hyuges – 1990-cı il təvəllüdlü gənc ulduz “Yenidən doğulma” filmi ilə tanınıb.

Kristian Beyl - karyerasına 13 yaşında başladı. Hazırda 40 yaşındadır və sənətini davam etdirir. 

Abigail Breslin – İlk rolunu “Şəfəqin kiçik xanımı” adlı filmdə oynayıb. 1996-cı il təvəllüdlü Breslin sonuncu dəfə Cudi Fosterlə birlikdə “Macəra adası” filmində çəkilib.

Elijah Vud – Bir vaxtlar məşhur uşaq aktyoru olan Vudu hər kəs indi “Üzüklərin əfəndisi” filmindəki rolu ilə tanıyır.

Cudi Foster- hələ uşaq olarkən kamerlar önünə keçən Hollivud ulduzunun 51 yaşı var.

Anna Paquin – 11 yaşındaykən çəkildiyi “Piano” filmi ilə “Ən yaxşı köməkçi qadın aktrisası” nominasiyası üzrə “Oskar”ı alan ən gənc ulduz kimi tarixə düşüb. 26 yaşlı Paquin aktrisalıq karyerasını davam etdirir.

Kristina Rikki – yaradıcılığına uşaq yaşlarından başlayıb, 34 yaşı var.

Tatum Onil – 10 yaşında ikən “Oskar” alıb. Zaman-zaman narkotiklə adı hallanan Tatum 50 yaşındadır. 

Dakota Fanninq – hələ 20 yaşı olsa da, “Forbes”in “Ən varlı gənclər” siyahısında ilk pillələrdədir. Karyerasına davam edir.

Dryu Berrimor – “E.T.” filmi ilə məşhurlaşıb. Hazırda 30 yaşı olan aktrisa sənətini davam etdirir.

Makaulay Kulkin – “Evdə tək” fimi ilə bütün dünya onu tanıdı. 33 yaşlı aktyor karyerasını davam etdirir.