Ani Lorak sirlərini açıqladı

Ani Lorak sirlərini açıqladı
1422 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynalı müğənni Ani Lorak uzun illərdir ki, öz mükəmməl bədən quruluşunu avanqard geyimləri ilə pərəstişkarlarına sərgiləməkdədir.
 
Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Lorak formada qalmağın zəhmət tələb etdiyini bildirib. Müğənni düzgün qidalanmaqla yanaşı, həmçinin intensiv olaraq idmanla məşğuldur. 35 yaşlı Ani müsahibəsində hər səhər idman etdiyini söyləyib:

“Məncə, bədən quruluşunu idarə etmək üçün bir sistem olmalıdır. Mən səhər yuxudan duran kimi bir neçə idman hərəkəti edirəm. Bu həm də günə pozitiv başlamağıma kömək edir. Gənc yaşlarımdan bu rejimə tabeyəm. Uşaqlıqda model Sindi Kroufordun kasetlərini izləyərək idman edirdim”.

Müğənni hesab edir ki, arıqlamağın ən əyləncəli yolu rəqs etməkdir:
 
“Mənim üçün rəqs arıqlamağın ən mükəmməl üsuludur. Rəqs etmək xeyirli olduğu qədər də, əyləncəlidir. Musiqidən zövq alaraq kalori itirə bilirsən”.